İraq yığması millimizi arxada qoydu
04.07.2013 - 09:57
İraq yığması millimizi arxada qoydu
Azərbaycanda keçirilən hərbçilər arasında I dünya kubokunda ilk turun oyunları yekunlaşıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan milli komandasının yer aldığı A qrupunda daha böyük hesablı qələbə qeydə alınıb. Belə ki, İraq Kanadanın qapısından 7 cavabsız top keçirib. Millimiz Maliyə 4:0 hesabı ilə qalib gəldiyindən, kanadalılar daha yaxşı top fərqi ilə qrupumuzda 1-ci yerdə gedir.


A qrupu
Kanada – İraq – 0:7

B qrupu
Keniya – Fransa – 2:2
Əlcəzair - Bəhreyn – 0:0


C qrupu
Oman – Almaniya – 5:0
Fil Dişi Sahili – ABŞ – 2:0


D qrupu
Hollandiya – Kamerun – 0:1
Braziliya – Qətər – 0:1


Qeyd edək ki, Nazim Süleymanovun yetirmələri növbəti oyununu sabah Kanada ilə keçirəcək.