Karyerasını Azərbaycanda bitirdi, Kiyev “Dinamo”suna baş məşqçi qoyuldu
04.07.2013 - 10:13
Karyerasını Azərbaycanda bitirdi, Kiyev “Dinamo”suna baş məşqçi qoyuldu
Azərbaycan milli çempionatının iştirakçısı olan tanınmış belaruslu futbolçu Valentin Belkeviç yeni vəzifə alıb. Apasport.az saytının məlumatına görə, 40 yaşlı keçmiş yarımmüdafiəçi uzun illər şərəfini qoruduğu Kiyev “Dinamo”sunun əvəzedici komandasının baş məşqçisi təyin olunub. O, bu postda Ukrayna yığmasının sabiq futbolçusu Andrey Qusinin əvəzləyib. Sonuncu “Dinamo”dan gedərək yenidən Hacı Hacıyevin yanına gedir ki, bu dəfə Rusiyanın “Krılya Sovetov” klubunda birgə çalışacaqlar. Yeri gəlmişkən, millimizin futbolçusu Mahir Şükürov “Anji”də oynayanda, onların rəhbərliyi altında çıxış edirdi.

Qeyd edək ki, Belkeviç futbolçu karyerasını 2008/09 mövsümündə çempionatımızın gümüş medalını qazandığı “İnter”də bitirib.