Millimizin üzvü 3-cü darmadağında da iştirak etdi
04.07.2013 - 10:51
Millimizin üzvü 3-cü darmadağında da iştirak etdi
Milli komandamızın futbolçusu Əli Gökdəmirin çıxış etdiyi “Hannover 96” Baltik dənizi sahilində yerləşən Qlüksburqda təlim-məşq toplanışını davam etdirir. Apasport.az saytının məlumatına görə, “Hannover 96” yerli klublardan “Vayxe” ilə gücünü sınayıb.

Əlinin komandası Flensburq təmsilçisinə qarşı oyunda 4:0 hesabı ilə qələbə qazanıb. 2200 tamaşaçının izlədiyi görüşdə Gökdəmir meydana fasilədən sonra çıxıb. O, atası qanalı, anası isə alman olan Kristofer Avevoru əvəzləyib. Gökdəmir müdafiənin mərkəzində çıxış edib.

Qeyd edək ki, bundan öncə “Hannover 96” “Berenbostel”ə 17:0, “Krehenvinkel/Kaltenvayde”yə 2:1 və “Şlezviq 06”ya 9:1 hesabı ilə qalib gəlib. İlk 2 qarşılaşmada fasilədən sonra meydana çıxan Gökdəmir 3-cü yoxlama matçında 90 dəqiqə oynamışdı.