“Skenderbeu” 50 min dollara satdığı bombardirinə qovuşdu
04.07.2013 - 12:17
“Skenderbeu” 50 min dollara satdığı bombardirinə qovuşdu
“Neftçi”nin Çempionlar Liqasında növbəti mövsümdə ilk rəqibi olan Albaniyanın “Skenderbeu” klubunun heyətində gözlənilməz dəyişiklik baş verib. Apasport.az saytının məlumatına görə, Korça təmsilçisinin ötən mövsüm 12 qolla ən sərrast oyunçusu olan Pero Peyiç düşərgəyə qayıdıb.

Belə ki, albanların Çinin “Pekin Baksi Yunayted” klubuna 50 min dollara satdığı xorvatiyalı hücumçu sonda müqavilə bağlayası olmayıb. Nəticədə Asiyada bir neçə gün keçirən legioner Korçaya qayıdaraq, ordan Avstriyaya yollanıb. Belə ki, “Skenderbeu” “Neftçi” ilə oyuna hazırlığı rəqibi kimi bu ölkədə keçirir.

Albaniya klubu ilə qaldığı oteldə iyulun 26-da görüşərək sağollaşan Peyiçin qayıdışı birmənalı qarşılanmayıb. Belə ki, futbolçuların əksəriyyəti vəziyyətin 360 dərəcə dəyişməsinə görə təəccüb içərisindədir. Rusiyanın “Volqa” klubuna 0:2 hesabı ilə uduzduqları yoxlama oyununda “Skenderbeu”nun heyətində forma geyən hücumçu klub rəhbərliyinin qərarını gözləyir. Belə ki, prezident Ardian Takay onun yenidən komandada oynayıb-oynamayacağı ilə bağlı qərar verəcək.