“Qəbələ” üçün təkrarlanan tarix
04.07.2013 - 12:28
Türkiyənin İsparta bölgəsində hazırlıqlarını davam etdirən “Qəbələ” dünən ilk yoxlama oyununu keçirib. Apasport.az saytının məlumatına görə, bölgə təmsilçimiz Ukraynanın 1-ci dəstə klubu olan Zaporojye “Metallurq”u ilə qarşılaşıb.
Görüş 1:1 hesabı ilə başa çatıb. Qarşılaşmada hesabı 28-ci dəqiqədə Nizami Hacıyev açsa da, “Metallurq”un yeni hücumçusu Ruslan Platon 8 dəqiqə sonra tarazlığı bərpa edib.
Maraqlısı bundadır ki, “Qəbələ”nin “Metallurq”la görüşündə tarix təkrarlanıb. Belə ki, bu komandalar bu ilin qışında da üz-üzə gəlib və həmin qarşılaşma da 1:1 hesabı ilə başa çatıb. Yanvarın 27-də baş tutan görüşdə də hesabı açan tərəf “Qəbələ” olsa da, Zaporjye təmsilçisi sonradan bərabərlik qolunu vurmuşdu. Ən maraqlısı isə bundadır ki, onda da “Qəbələ”dən hesabı Nizami Hacıyev kimi yeni transfer olan Ceyhun Sultanov açmışdı. Yeganə fərqlilik bundadır ki, tərəflərin son görüşündən fərqli olaraq, o vaxt qollar ikinci yarıda vurulmuşdu.
Qeyd edək ki, qışda “Qəbələ”dən 2 gün öncə digər təmsilçimiz “İnter” “Metallurq”la qarşılaşmış, ancaq görüşdə hesab açılmamışdı.

0
0