Zohair Benouahi məşqə gəlmədi
04.07.2013 - 13:58
Zohair Benouahi məşqə gəlmədi
“Xəzər Lənkəran”ın Avropa Liqasının I təsnifat mərhələsində Maltanın “Slima”klubu ilə oyunundan sonra futbolçularda zədə problemləri qalır. Apasport.az saytının məlumatına görə, 1:1 hesabı ilə nəticələnən matçda əvəzetmə limiti bitdiyindən zədəli halda sona kimi meydanda olmağa məcbur Zohair Benouahi hazırlıqdan kənarda qalıb.

Belə ki, mərakeşli yarımmüdafiəçi maqnit-rezonans müayinəsinə yollanıb.

Oyunda zədə üzündən əvəzlənməli legionerlər – braziliyalı yarımmüdafiəçi Vanderson Skarduelli ilə braziliyalı hücumçu Junior Nildoda da problemlər tam aradan qalxmayıb. Vanderson fərdi şəkildə məşq edir.

Lənkəranlılar Maltanın “Hibernians” klubunun stadionunda hazırlıq keçir. Komandanın müdafiəçisi Elnur Allahverdiyev isə ilk oyunda qırmızı vərəqə aldığından iyulun 11-də Lənkərandakı cavab matçında meydana çıxmayacaq.

Qeyd edək ki, cənublular Malta çempionu “Birkikara” ilə yoxlama oyunundan sonra – iyulun 7-də çarter reysi ilə Vətənə dönəcək.