Hafiz Məmmədovun “Lans”ın sahibi olmağı rəsmiləşdi
04.07.2013 - 14:48
Hafiz Məmmədovun “Lans”ın sahibi olmağı rəsmiləşdi
“Bakı”nın prezidenti Hafiz Məmmədovun Fransanın “Lans” klubunun sahibi olmağı məsələsi rəsmiləşib. Apasport.az saytının Fransa mətbuatın istinadən məlumatına görə, “Lans”ın prezidenti Jerve Martellə Məmmədov arasında sponsorluq müqaviləsi imzalanıb. Klubun səhmdarlarından “Kredi Akriqol Nord de Frans” öz səhmlərini rəsmən satışı ilə bağlı sözləşmə imzalayıb ki, buna klubların prezidentləri qol çəkib.

Bu, gələn həftə “Lans”da rəhbərlik dəyişikliyi öncəsi son addımdır. Artıq indidən Martellə Məmmədovu Lansın eyniadlı təmsilçisinin yeni sahibləri saymaq olar. Yeni baş məşqçi Antuan Kombuarenin təqdimatı iyulun 9-10-da olacaq.

Hazırda “Lans”ın əsas problemi maliyyə təminatının vaxtında göstərilməməyi ilə bağlı III diviziona göndərilməyidir. Bu gün Fransa Futbol Federasiyasının müvafiq komissiyası məsələyə yenidən baxaraq, buna müsbət cavab verməyi ilə komanda II diviziona qayıdacaq. Klubun kapitalının artırılmağı üçün 12 milyon avro məbləğində pul qoyulmalı, daha 5 milyon isə dövriyyəyə buraxılmalıdır.