“Neftçi” ilə oyunadək başqa layiqli hücumçu tapmağa vaxt yoxdu”
04.07.2013 - 16:08
“Neftçi” ilə Çempionlar Liqasında ilk oyunumuz yaxınlaşdığından, komandaya başqa layiq hücumçu tapmağa vaxtımız yoxdu”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Albaniyanın “Skenderbeu” klubunun prezidenti Ardian Takay deyib. Çinin “Pekin Baksi Yunayted” klubuna satdıqları xorvatiyalı hücumçuları Peko Peyiçin qayıdışı ilə bağlı danışan prezident onun yenidən komandada oynamağına qərar verib.
Takay “Neftçi” ilə Bakıdakı oyuna 2 həftədən az qaldığından, yeni hücumçu tapmalarının çətin olduğunu bildirib. Bunda vaxt çatışmazlığını problem görən prezidentin sözlərinə görə, Pekonu bir növ məcburiyyətdən götürüblər: “Vaxt az olduğuna görə komandanın hücum xəttinin keyfiyyətli olmağı üçün Peyiçi bir müddətlik götürdük. Ancaq hazırda deyə bilmərəm ki, futbolçu digər oyunçulardan funksional cəhətdən daha yaxşıdır. Biz komandaya daha yüksək çəkiyə malik hücumçu gətirmək üzərində işləyirik. Bununla ön xəttimizin səviyyəsini qaldırmaq fikrindəyik”.
Qeyd edək ki, Peyiç ötən mövsüm vurduğu 12 qolla Albaniya klubunun ən sərrast futbolçusu olub.

0
0