Finlandiyalılar “İnter”in 2 yoxlama matçı keçirdiyini zənn edir
04.07.2013 - 16:33
Finlandiyalılar “İnter”in 2 yoxlama matçı keçirdiyini zənn edir
Finlandiyalılar “İnter” – “Mariehamn” oyunu qabağı son durumu izah etməyə çalışıblar. Apasport.az saytının məlumatına görə, əslən isveçli olan Yörgen Pettersson Bakıda hava şəraitinin 30 dərəcədən az olmadığını bildirib.

Həmçinin oyunun keçiriləcəyi “Bayıl Arena”nın süni örtüklü olduğu və 5 mindən çox tamaşaçı tutduğu qeyd olunub. Görüşün başlayacağı vaxtda isə istinin azalacağı sevindirici məqam kimi göstərilib.

Daha sonra rəqib “İnter”in 2 dəfə çempion, 4 dəfə isə kubok finalçısı olduğu bildirilib. Debütant “Mariehamn”dan fərqli olaraq, “İnter”in 16 dəfə avrokuboklarda - 6 dəfə Çempionlar Liqası, 6 dəfə Avropa Liqası və 4 dəfə İntertoto kubokunda iştirak etdiyi qeyd olunub.

Skandinaviyalı müəllifin səhvi təmsilçimizin maydan sonra 2 yoxlama oyunu keçirməsini yazmasındadır. Orda “İnsbruk” və Samuel Etoonin çıxış etdiyi “Anji” ilə qarşılaşmalar göstərilsə də, “İnter”in “Kartalspor”, “Krasnodar” və “Slaviya” ilə keçirdiyi görüşlər unudulub.