“Skenderbeu” üçün növbəti rəqiblər
04.07.2013 - 17:02
“Skenderbeu” üçün növbəti rəqiblər
Albaniyanın “Skenderbeu” klubunun “Neftçi” ilə Çempionlar Liqasının I təsnifat mərhələsində ilk oyun öncəsi yoxlama oyunlarında növbəti rəqibləri müəyyənləşib. Apasport.az saytının məlumatına görə, bakılıların Avstriyadakı təlim-məşq toplanışında 0:2 hesabı ilə uduzduğu Almaniyanın “Enerji” klubu ilə bu gün qüvvəsini sınayacaq Korçe təmsilçisi ardından Macarıstan “Keçkemet”i ilə üzləşəcək. Albanlar son yoxlama oyununda Praqa “Sparta”sı ilə münasibətlərini aydınlaşdıracaq.

Qeyd edək ki, iyulun 17-də “Neftçi”nin qonağı olacaq “Skenderbeu” 10 gündən artıqdır Avstriyada hazırlıq keçir.