“Neftçi” “Dinamo” ilə heç-heçə oynadı
04.07.2013 - 17:13
 “Neftçi” “Dinamo” ilə heç-heçə oynadı
“Neftçi”nin 1999 və 2000-ci il təvəllüdlü futbolçulardan ibarət komandaları Gürcüstanın Acariya şəhərində təlim-məşq toplanışında olub. Apasport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, yeniyetmə futbolçular hazırlıq prosesi çərçivəsində bir neçə yoxlama oyunu keçirib.

Məşqçi Ramil Həbibovun rəhbərlik etdiyi U-14 komandası Batumi “Dinamo”sunu 3:2 hesabı ilə məğlub etsə də, 16 yaşlı futbolçulardan ibarət “Acariya Regional”a uduzub – 2:4. Eldəniz Məmmədovun yetirmələri isə 3 yoxlama oyununda qüvvəsini sınayıb. “Acariya Regional” (3:0) və “Kutaisi” (3:1) klublarını məğlub edən 2000-ci il təvəllüdlü futbolçularımız Batumi “Dinamo”su ilə heç-heçə oynayıb (1:1).