Cihan Özkara: Roberto Karlos kimi böyük bir ad sahibi ilə çalışmaq bizə qürur verir
04.07.2013 - 17:27
Cihan Özkara: Roberto Karlos kimi böyük bir ad sahibi ilə çalışmaq bizə qürur verir
Bugündən etibarən “Sivasspor” bir araya gəlib. Apasport.az saytının Doğan Xəbər Agentliyinə istinadən verdiyi xəbərə görə, əvvəlcə klubun 9 oyunçusu Sivas Özəl Anadolu Xəstəxanasında tibbi müayinədən keçib.

Qan verən 9 futbolçu arasında yığmamızın hücumçusu Cihan Özkara da olub. Tibbi test zamanı futbolçumuzda hər hansı bir problem çıxmayıb.

Bundan sonra Özkara yeni mövsüm haqda danışıb. O, bu il “Sivasspor”un hədəflərinin böyük olduğunu bildirib: “Bu il hamı özünü yaxşı hazırlaşdıracaq. Çünki böyük hədəflərimiz var. Roberto Karlos kimi böyük bir ad sahibi ilə çalışacağıq. Bu bizə qürur verəcək”.