“Rəvan”ın növbəti rəqibinin adına aydınlıq gəldi
04.07.2013 - 17:43
“Rəvan”ın növbəti rəqibinin adına aydınlıq gəldi
“Rəvan” növbəti mövsümün hazırlıqlarını Bakıda davam etdirir. Apasport.az saytının klubdan aldığı məlumata görə, paytaxt klubunun növbəti yoxlama oyununda hansı komanda ilə qarşılaşacağına aydınlıq gəlib.

Belə ki, komanda aşağı dəstə klubu “Qaradağ Lökbatan”la gücünü sınayacaq. Oyunun başlanma vaxtı bilinməsə də, bu görüşdə baxışda olan serbiyalı Yovan Vidoviç və argentinalı Matias Kordobanın bir daha yoxlanılacağı dəqiqdir.

Qeyd edək ki, “Rəvan” ilk yoxlama oyununda AZAL-a 0:3 hesabı ilə məğlub olub.