“Bizim oyunçuların əksəriyyəti ümumiyyətlə Avropada oynamayıb”
04.07.2013 - 18:16
“Bu oyun klub üçün irəliyə doğru böyük addım olacaq. Oyunçuların əksəriyyəti ümumiyyətlə Avropada oynamayıb. Ona görə də bu bizim üçün böyük hadisədir. Ümid edək ki, biz bu gün yaradıcı oyun göstərəcəyik”. Apasport.az saytının məlumatına görə, bunu “Mariehamn”ın qapıçısı Peter Enkelman deyib.
“Mariehamn”ın təcrübəli qapıçısı “İnter”lə oyun öncəsi şəhərimiz haqda danışıb: “Bakı Türkiyə kimi Cənubi Avropa ölkələrinin şəhərlərinə oxşayır. Qədimilik görünüşcə qorunub saxlanıb, ancaq şəhərdə kifayət qədər çoxlu yenidənqurma işləri də aparılıb. Bu şəhərdə milyonlarla əhali var və onlar kifayət qədər yaxşı yaşayır. Bizim oyunçulardan bəziləri hava limanında dindirildi. Ancaq sorğu-sual yaxşı qurtardı. Biz otelimizə gecə vaxtı boş küçələrdən keçərək gəlib çatdıq”.
36 yaşlı qapıçı “İnter”in Avstriyada keçirdiyi yoxlama oyunlarını videoyazı şəklində izlədiklərini bildirib: “Biz burda onların bir neçə oyunlarına baxdıq. Yoxlama oyunlarının disklərinə baxdıq ki, görək onlar necə oynayır. Bütün oyunlarda yaxşı təsir bağışlayıblar. Ancaq onların bizimlə oyun zamanı necə təsir bağışlamasını da görmək lazımdır”.
14 illik legioner karyerasından sonra ötən ay “Mariehamn”la qısa müddətli müqavilə bağlayan Enkelman “İnter”lə matçda yaxşı nəticə qazanmağın yollarını da göstərib: “Bizim üçün əsas məsələlər, əlbəttə ki, səhvlərə yol verməmək və müdafiədə sərt oynamaqdır. Topu ələ keçirəndə biz onu özümüzdə saxlamağı bacarmalıyıq. Əgər bu 2 şeyə fikir versək, o zaman nəticə bizim üçün yaxşı olacaq”.
Qeyd edək ki, “İnter” – “Mariehamn” oyunu bu gün saat 21:00-da keçiriləcək.

0
0