“Fənərbaxça” Lənkərana gəlir
04.07.2013 - 18:30
“Fənərbaxça” Lənkərana gəlir
Gələn il yaranmasının 10 illiyini qeyd edəcək “Xəzər Lənkəran” bir çox layihələrə imza atmağı düşünür. Apasport.az-ın klubun saytına istinadən məlumatına görə, bu mənada Azərbaycan futbolundan həmişə ilklərə imza atan cənublular yubiley tədbirləri çərçivəsində böyük bir addım atıb.

Belə ki, qardaş Türkiyənin nəhəng klublarından sayılan “Fənərbaxça”nı “Xəzər Lənkəran” ölkəmizə gətirir.

Türkiyə təmsilçisinin əsas komandası ilə iyul ayının 21-də saat 20:00-da Lənkəran şəhər stadionunda yoldaşlıq görüşü keçiriləcək.