“Xəzər Lənkəran” Maltada məşqlərini bərpa etdi - FOTOSESSİYA
04.07.2013 - 18:44
“Xəzər Lənkəran” Maltada məşqlərini bərpa etdi - FOTOSESSİYA
UEFA Avropa Liqasının I təsnifat mərhələsinin “Slima” - “Xəzər Lənkəran” oyunundan sonra da Maltada qalan “Xəzər Lənkəran”, bir günlük istirahətdən sonra məşqlərini bərpa edib. Apasport.az-ın klubun saytına istinadən məlumatına görə, günün nəzərdə tutulan yeganə məşqi təbii örtüklü meydandan keçirilib.

Zədəli futbolçulardan Junior Nildo və Zoahir Benouahi istisna olmaqla bütün futbolçular məşqə qatılıblar ki, saat yarım davam edən hazırlıqda komanda fiziki və taktiki planda çalışmaları yerinə yetiriblər.

Son olaraq qeyd edək ki, bu səhər Maltada keçirilən tibbi müayinədən sonra mərakeşli futbolçu Benouahinin zədəsinin ciddi olmadığı aşkarlanıb.