Serbiya gənclər və idman nazirliyinin nümayəndə heyəti Azərbaycanda
04.07.2013 - 19:00
Serbiya gənclər və idman nazirliyinin nümayəndə heyəti Azərbaycanda
Serbiya Respublikasının gənclər və idman naziri xanım Alisa Mariçin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdədir. Apasport.az saytının məlumatına görə, səfər çərçivəsində qonaqlar bu gün Olimpiya Güləş Mərkəzində olublar.

AGF-nin baş katibi, Olimpiya dərəcəli hakim Əjdər Cəfərov qonaqları güləşçilərin hazırlığı üçün Mərkəzdə yaradılan şəraitlə tanış edib, onlara Azərbaycan güləşçilərinin uğurları barədə məlumat verib.

awf-az.org