Pekka Lüüski: “İnter”dən daha güclü oyun gözləyirdim
04.07.2013 - 22:15
Pekka Lüüski: “İnter”dən daha güclü oyun gözləyirdim
“Biz rəqibi elə də təhlil etməmişdik”. Apasport.az saytının məlumatına görə, bu sözləri Finlandiya “Mariehamn”ın baş məşqçisi Pekka Lüüski deyib.

Təcrübəli çalışdırıcı Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyun günündə “Bayıl Arena”da “İnter”lə 1:1 hesablı heç-heçəyə şərh verib: “Əsas oyunumuza fikir verib, nəticə qazanmağa çalışacağıq. “İnter”dən daha güclü oyun gözləyirdim. Bizim üçün 1:1 hesablı bərabərliyi qənaətbəxş hesab etmək olar. Çünki buna səfər matçında nail olduq. Ancaq biz hələ yolun yarısındayıq. Hər şey cavab oyununda həll olunacaq. Komandamız Finlandiyada daha yaxşı oynayır. Bu stadion mənim çox xoşuma gəldi. Azarkeşlərin ab-havası əla idi”.