Kaxaber Sxadadze: Oyunumuz istədiyimiz kimi alınmadı
04.07.2013 - 22:30
“Meydanda iki fərqli hissə oynadıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri “İnter”in baş məşqçisi Kaxaber Sxadadze deyib.
Gürcüstanlı mütəxəssis Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyun günündə “Bayıl Arena”da Finlandiya “Mariehamn”ı ilə 1:1 hesablı bərabərə qaldıqları görüşü dəyərləndirib: “Fəsiləyə qədər qol vursaq da, oyunumuz istədiyimiz kimi alınmadı. Düzgün pressinq edə bilmədik. Ancaq qarşılaşmanın ikinci yarısında oyuna tam üstünlük yaratdıq. Xüsusilə əvəzetmələrdən sonra, daha yaxşı mübarizə apardıq. Nə qədər qol şansı əldə etsək də, təəssüf ki, istədiklərimizi reallaşdırmağı bacarmadıq. Əvəzində, özümüz öz qapımıza qol saldıq. Buraxdığımız top bərbad idi. Beynəlxalq səviyyəli oyunlarda belə qol buraxmaq olmaz. Ancaq ruhdan düşmək də lazım deyil. Biz səfərdə rəqibə qalib gəlib, mütləq növbəti mərhələyə keçəcəyik”.

0
0