Anelka yenidən İngiltərəyə qayıdır
04.07.2013 - 23:25
Anelka yenidən İngiltərəyə qayıdır
Fransa milli komandasının hücumçusu Nikolya Anelka yenidən İngiltərə Premyer Liqasında çıxış etməyə çox yaxındır. Apasport.az saytının məlumatına görə, 34 yaşlı futbolçu “Vest Bromviç”in şərəfini qoruyacaq.

Anelka “Dumanlı Albion” təmsilçisi ilə 2 illik müqavilə bağlayacaq. Artıq futbolçu “Vest Bromviç”də tibbi müayinədən keçib. Təkcə onun klubla müqavilə imzalaması qalıb.

Bununla da Anelka peşəkar futbol karyerasında 11-ci komandanın heyətində çıxış edəcək. Bu vaxta qədər o, müvafiq olaraq PSJ, “Arsenal”, “Real”, “Liverpul”, “Mançester Siti”, “Fənərbaxça”, “Bolton”, “Çelsi”, “Şanxay Şenxua” və “Yuventus” kimi klubların şərəfini qoruyub.

Qeyd edək ki, Nikolya qış transfer pəncərəsində Çin təmsilçisi “Şanxay Şenxua”dan “Yuventus”a keçib. Anelka “Qoca Sinyora”da yalnız 2 oyunda meydana çıxma şansı əldə edib.