ÇL-də “Fənərbaxça”nı “Bursaspor” əvəz edəcək
15.07.2013 - 23:01
UEFA Arbitraj Məhkəməsi “Fənərbaxça”nı 2, “Beşiktaş”ı isə 1 il müddətinə avrokuboklardan kənarlaşdırdıqdan sonra onların yerinə qitə miqyaslı klub turnirlərində Türkiyəni təmsil edəcək komandaların adları açıqlanıb. Apasport.az saytının məlumatına görə, bu klubların yerinə 2013-2014 mövsümdə Çempionlar Liqası və Avropa Liqasında fərqli komandalar mübarizə aparacaq.
Belə ki, ötən mövsüm ölkə çempionatını 2-ci yerdə tamamlayıb, Çempionlar Liqasının III təsnifat mərhələsinə vəsiqə qazanan “sarı bülbüllər”i Superliqanı 4-cü pillədə başa vuran “Bursaspor” əvəz edəcək.
“Beşiktaş”ın yerinə isə Avropa Liqasında “Kayserispor” çıxış edəcək. Bundan başqa, “Fənərbaxça”nı Çempionlar Liqasında əvəz edəcək “Bursaspor”un yerinə isə “Kasımpaşa” şans əldə edib. Sonuncu mübarizəyə Avropa Liqasının III təsnifat mərhələsində qoşulacaq.
Qeyd edək ki, Çempionlar Liqasının və Avropa Liqasının III təsnifat mərhələsinin püşkü iyulun 19-da İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında atılacaq.

0
0