“Tromse” - “İnter” oyununun biletləri satışa çıxarıldı
16.07.2013 - 00:43
“Tromse” - “İnter” oyununun biletləri satışa çıxarıldı
Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyunu çərçivəsində keçiriləcək “Tromse” – “İnter” matçının biletləri satışa çıxarılıb. Apasport.az saytının məlumatına görə, iyulun 18-də “Alfheym” stadionunda baş tutacaq matç üçün artıq biletlərin qiyməti də bəlli olub.

Ən ucuz biletlərin qiyməti 50, ən yüksəyi isə 150 krondur (Norveç milli pul vahidi).

Qeyd edək ki, iyulun 18-də keçiriləcək bu komandaların oyunu Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Görüşü isə Ukraynadan olan hakim Yuri Mozharovski idarə edəcək.