“Fiorentina” Mario Qomesi ictimaiyyətə təqdim etdi
16.07.2013 - 02:27
“Bavariya”dan “Fiorentina”ya keçən hücumçusu Mario Qomes Florensiyada azarkeşlərin önünə çıxıb. Apasport.az saytının məlumatına görə, Almaniya yığmasının üzvünün təqdimetmə mərasimində 20 min tamaşaçı gəlib.
Hazırda klublar arasında transferin dəyəri ilə bağlı xəbər verilməyib. Qomes yeni klubunda “Bavariya”da olduğu kimi, yenə 33 nömrəli formada çıxış edəcək.
Qeyd edək ki, 27 yaşlı forvard 2009-cu ildən münhenlilərin şərəfini qoruyub. O, başa çatan mövsümdə 21 matçda meydana çıxıb və rəqib qapılarından 11 top keçirib.

0
0