“O, böyük pullar verilən Azərbaycanda çox qazanmaq istədi”
16.07.2013 - 08:11
“Okana ilə müqavilə bitdi. O, bizimlə yeni anlaşma imzalamaq istəyirdi. Ancaq futbolçuya Azərbaycana getmək təklif olundu”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Ukraynanın “Stal” klubunun baş məşqçisi Vadim Plotnikov deyib. I divizion təmsilçisinin heyətində dəyişiklər haqda danışan çalışdırıcı karyerasını ölkəmizdə davam etdirməyə qərar verən legioneri Okananın gedişinə münasibət bildirib.
Onun sözlərinə görə, Azərbaycandan maddi baxımdan daha sərfəli variantın olmağı öz sözünü deyib: “Orada böyük pullar ödənilir. Futbolçu artıq yaşlıdır. 30 yaşlı Okana yaxınlaşıb dedi ki, karyerasının sonunda pul qazanmaq istəyir. Biz onu saxlaya bilmədik. Çünki müqaviləsi bitmişdi və belə qərar qəbul etdi”.

0
0