“İnter” Norveçə yollandı
16.07.2013 - 09:20
“İnter” Avropa Liqasının II təsnifat mərhələsini ilk oyununu keçirəcəyi Norveçə yollanıb. Apasport.az saytının məlumatına görə, təmsilçimiz səhər saatlarında çarter reysi ilə Tromse şəhərinə üz tutub. Onun eyniadlı komandası - “Tromse”nin iyulun 18-də qonağı olacaq bakılılar 5 saatdan artıq uçuşda olacaq.
“Radisson Blue” otelində qalacaq komandamız bu axşam məşqə çıxacaq. Sabah isə oyunun keçiriləcəyi “Alfheym” stadionunda hazırlıq olacaq. Bu, matç başlayacaq saatda – Bakı vaxtilə 22:00-da keçiriləcək.

0
0