“Qəbələ”də daha 2 yeni futbolçu
19.07.2013 - 17:22
 “Qəbələ”də daha 2 yeni futbolçu
Avstriyanın Zaltsburq bölgəsində növbəti mövsümün hazırlıqlarını davam etdirən “Qəbələ”nin düşərgəsinə 2 yeni futbolçu qoşulub. Apasport.az saytının klubun baş meneceri Zaur Əzizovdan aldığı məlumata görə, bunlar “Qəbələ” Futbol Akademiyasının yetirmələri olan və ötən mövsüm əvəzedici heyətdə yer almış 18 yaşlı yarımmüdafiəçi Elvin Camalov və 19 yaşlı qapıçı Fərid Ağayevdir.

Qeyd edək ki, “Qəbələ”nin düşərgəsində daha bir əvəzedici komandanın qapıçısı məşq edir. 22 yaşlı Cavidan Hüseynzadə digər 2 futbolçudan fərqli olaraq, Avstriyaya əsas heyətlə birgə gəlib.