“Skenderbeu”nun müdafiəçisi: “Neftçi”ni keçə bilərik
19.07.2013 - 19:02
“Bakıda “Neftçi” kimi güclü rəqiblə qolsuz heç-heçə oynamaq bizim üçün çox sevindiricidir. Oyundan öncə yaxşı hazırlaşmışdıq. Bakıda əsas məqsədimiz sərfəli nəticə qazanmaq idi və biz də istədiyimizə nail olduq. Bir qədər bəxtimiz gətirmədi, yoxsa hər şey başqa cür ola da bilərdi.” Apasport.az saytının məlumatına görə, bu sözləri Çempionlar Liqasının II təsnifat mərhələsində “Neftçi”nin rəqibi olan "Skenderbeu" klubunun müdafiəçisi Renato Arapi deyib.
“Panorama-sport”a danışan futbolçu Bakıda keçirilən qolsuz heç-heçədən sonra təmsilçimizi evdə məğlub edib, növbəti mərhələyə adlayacaqlarını bildirib: “Rəqib meydanında keçirilən ilk matç çox təsirli idi. Avropa təcrübələri göstərir ki, biz “Neftçi”ni məğlub edib, mərhələ keçə bilərik. Lakin qarşıda hələ uzun yol var və tələsmək lazım deyil. Öz meydanımızda qol vurub, müdafiəni möhkəmləndirməliyik. Ancaq rəqibə qarşı oyunda ehtiyatlı olmalıyıq. Azarkeşlərimizi razı salmaq və III təsnifat mərhələsinə yüksəlmək üçün evdə Bakıdakı oyundan da daha yaxşı oynamalıyıq. Bu matçda şanslar yenə 50/50-yə olaraq qalır. Düşünürəm ki, maksimum azarkeş dəstəyi və bir qədər uğur sayəsində "Neftçi"ni keçə bilərik. İlk oyunda müdafiədə çıxış etməyimiz isə məşçimizin fikiri idi. Bakılılarla görüşdən əvvəl biz rəqibin gücünü çox yaxşı bilirdik”.
Qeyd edək ki, "Skenderbeu" - "Neftçi" oyunu iyulun 23-də, Bakı vaxtı ilə 23:00-da başlayacaq.

0
0