Albaniyada doxsan, “Neftçi”də yoxsan!
26.07.2013 - 10:15
Albaniyada doxsan, “Neftçi”də yoxsan!
Çempionlar Liqasının II təsnifat mərhələsinin “Skenderbeu” ilə qarşılaşması Böyükağa Hacıyev üçün “Neftçi”nin baş məşqçisi postunda sonuncu oyun olub. Apasport.az saytının məlumatına görə, mütəxəssis verdiyi vədinə əməl edərək mərhələ keçmədiyi üçün istefa verib.

Matçdan sonra vədini təxirə salıb, Bakıya saxlayan Hacıyev 2 oyunda (0:0, 0:1) qol vura bilmədikləri Albaniya təmsilçisinə məğlubiyyətlə postundan gedib. Bu matç onun “Neftçi” karyerasında 90-cı, həm də sonuncu olub.

Düzdür, daxili yarışlardakı uğur hesabına Hacıyevin oyunlarının balansı çox yaxşıdır. 2 mövsümdə 2 çempionluq qazanan, 2 dəfə kubokun finalına yüksəlib 1-də qalib olan məşqçi avrokuboklarda nəticəsi ilə öyünə bilməz. Baxmayaraq ki, “Neftçi” onun rəhbərliyi altında Avropa Liqasının qrup mərhələsinə yüksəlib. Amma necə? Cəmi 2 qələbə ilə. “Neftçi” Hacıyevin rəhbərliyi altında 14 avrokubok matçında vur-tut 2 qələbə qazanıb. Bu isə çempiona yaraşmayan göstəricidir.

Qeyd edək ki, Hacıyevin müxtəlif səbəblərdən ehtiyat oyunçular skamyasında olmadığı, lakin kənardan rəhbərlik etdiyi qarşılaşmalar da onun hesabına yazılıb.

2011/12
Azərbaycan kuboku
6
3
2
1
5-4
11
2011/12
Premyer Liqa
32
20
3
9
55-30
63
2012/13
Avropa Liqası
8
1
4
3
8-10
7
2012/13
Çempionlar Liqası
4
1
2
1
7-8
5
2012/13
Premyer Liqa
32
19
5
8
59-32
62
2012/13
Azərbaycan kuboku
6
3
3
0
10-3
12
2013/14
Çempionlar Liqası
2
0
1
1
0-1
1
Premyer Liqa
64
39
8
17
114-62
125
Avropa Liqası
8
1
4
3
8-10
7
Çempionlar Liqası
6
1
3
2
7-9
6
Azərbaycan kuboku
12
6
5
1
15-7
23
Cəmi
90
47
20
23
144-88
161