“Makkabi”lərin fərqi: Rekordun 2 addımlığında
26.07.2013 - 10:38
“Makkabi”lərin fərqi: Rekordun 2 addımlığında
Avropa Liqasının II təsnifat mərhələsində “Xəzər Lənkəran”ı 8:0 hesabı ilə məğlub edən Hayfa “Makkabi”si avrokuboklarda özünün ən böyük hesablı qələbəsini qazanıb. Apasport.az saytının məlumatına görə, İsrail təmsilçisi tarixi ərzində bundan da böyük qələbə qazanıb. Lakin həmin uğur beynəlxalq yarışlarda deyil, daxili arenada olub.

1988-ci ildə Hayfa klubu Təl-Əviv “Makkabi”sini 10:0 hesabı ilə məğlub edib. 25 il sonra coşan komandaya rekorduna çatmağa 2 top yetmədi.

Maraqlıdır ki, Təl-Əviv təmsilçisi də 2011-ci ildə “Xəzər Lənkəran”ın rəqibi olmuşdu. Həmin “Makkabi” Lənkəranda qolsuz heç-heçə etmişdisə onların Hayfadan olan “adaşı” komandalar arasında fərqi göstərdi.