Arif İsayevlə Saşa Yunisoğlu yeni baş məşqçisinə qovuşdu - FOTO
26.07.2013 - 10:49
Arif İsayevlə Saşa Yunisoğlu yeni baş məşqçisinə qovuşdu - FOTO
“Dənizlispor”da yeni baş məşqçinin kim olduğu rəsmən açıqlanıb. Apasport.az saytının məlumatına görə, Türkiyənin 1-ci dəstə klubu Sərdar Dayat ilə 1 illik müqavilə bağlayıb.

44 yaşlı məşqçi vaxtilə “Gənclərbirliyi”, “Samsunspor”da köməkçi məşqçi kimi fəaliyyət göstərib. Ötən mövsüm isə Bolqarıstanda oktyabrın 22-dən aprelin 20-dək “Etır”ı çalışdırıb. Mövsümün sonunda isə onun sabiq komandası elitadan aşağı dəstəyə düşüb və mayın 8-də rəsmi şəkildə dağılıb.

Qeyd edək ki, Arif İsayevlə Saşa Yunisoğlunun yeni çalışdırıcısı Antalyadakı qış toplanışı zamanı “Bakı” və AZAL-a qarşı komandasını çıxardıb. “Zolaqlılar”la qolsuz bərabərə qalan “Etır”ın “təyyarəçilər”lə görüşü zamanı projektor aşmış və qarşılaşma yarımçıq qalmışdı.