“Lənkərandakı qələbəmizi onların hamısına həsr edirəm”
26.07.2013 - 11:00
“Lənkərandakı qələbəmizi onların hamısına həsr edirəm”
“Mən qələbəyə görə çox sevincliyəm. Turnirdə növbəti mərhələyə çıxmaq üçün addım atdıq”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Hayfa “Makkabi”sinin futbolçusu Ruben Rayos deyib. Orta sahə oyunçusu Avropa Liqasının II təsnifat mərhələsində “Xəzər Lənkəran”a səfərdə 8:0 hesablı qələbəni komandasının güclü olmağının nəticəsi sayır.

O, meydanda yaxşı iş gördüklərini bildirib: “Nəticə heyətin peşəkarlığının və məşqlərdə işgüzarlığın nəticəsidir. Mən azarkeşlərimizi də nəzərə alaraq, qələbəni hamısına həsr edirəm”.