Toşak 4 futbolçudan imtina etdi - YENİLƏNİB
26.07.2013 - 11:40
“Xəzər Lənkəran” Avropa Liqasının II təsnifat mərhələsində Hayfa “Makkabi”sinə 0:8 hesablı məğlubiyyətdən sonra heyətlə bağlı islahatlara başlayır. Apasport.az saytının məlumatına görə, lənkəranlılar 4 futbolçunu sıralarından kənarlaşdırıb.
Belə ki, uelsli baş məşqçi Con Toşak köməkçilərini başına yığaraq, onlarla müəyyən məsələləri müzakirə edib. Bundan sonra konkret futbolçularla bağlı qərar verilməyi nəzərdə tutulmuşdu.
Rəhbərlik Toşakla matçdan dərhal sonra görüşərək çalışdırıcının hesabatını dinləyib. Komandamızın bir həftə öncə səfər meydanında 0:2 hesabı ilə məğlub olduğu rəqibə doğma azarkeşlərimizin qarşısında böyük hesabla məğlub olması bəzi futbolçuların peşəkar futbolçuya yaraşmayan şəkildə meydanda mübarizə aparması, klub daxili ab-havanı pozduqları müəyyən olunub. Bunu əsas götürən “Xəzər Lənkəran” bu gün 3 futbolçunu əsas komandadan göndərib. Belə ki, braziliyalı müdafiəçi Eder Bonfim və ispaniyalı qapıçı Toni Doblas əsas komandadan uzaqlaşdırılıb.
Göndərilən digər futbolçular isə yarımmüdafiəçilər - xorvatiyalı Marin Orsuliç və rumıniyalı Adrian Pitdir.
Hazırda Lənkəranda olan komanda az sonra Bakıya yola düşəcək və çempionatımızın ilk turunda “Sumqayıt”la səfər matçına orda hazırlaşacaq.

0
0