“Bu, azərbaycanlıların böyük ölçüdə üstünlüyə yiyələnməsi ilə nəticələndi”
26.07.2013 - 12:15
“Müdafiəçimiz Qabor Şimonfalvinin zədələnməsi oyunda öz əksini göstərdi. Oyuna konsentrasiya ola bilmədik və çoxlu səhvlər buraxdıq ki, bu da azərbaycanlıların böyük ölçüdə üstünlüyə yiyələnməsi ilə nəticələndi”. Apasport.az saytının məlumatına görə, bunu “Zalaeqerseq” klubunun baş məşqçisi Şimon Antal deyib.
Dünən “Qəbələ” Macarıstanın aşağı dəstə təmsilçisi “Zalaeqerseq”lə yoxlama oyunu keçirib. Görüş təmsilçimizin ilk hissədə vurduğu qollar sayəsində 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Oyundan sonra 47 yaşlı çalışdırıcı böyük hesablı məğlubiyyətin səbəblərini izah etməyə çalışıb: “Səhər biz məşqə çıxmışdıq. Bununla belə, yaxşı oynadıq. Gənc oyunçuların həvəslənməsi üçün yaxşı görüş oldu. Ancaq az qol imkanları yaratdıq”.

0
0