“Makkabi”dən 6 top buraxmış qapıçı: Qollarda günahım yox idi
26.07.2013 - 12:04
“Makkabi”dən 6 top buraxmış qapıçı: Qollarda günahım yox idi
“Oyunun belə alınacağı ağlımıza gəlməzdi”. Bu sözləri apasport.az saytına açıqlamasında “Xəzər Lənkəran”ın heyətindən kənarlaşdırılan Toni Doblas deyib.

Avropa Liqasının II təsnifat mərhələsinin “Mkkabi” (Hayfa, İsrail) ilə oyunundan sonra baş məşqçi Con Toşak tərəfindən heyətədn kənarlaşdırılan ispaniyalı bu qərara münasibət bildirib. 0:8 hesablı məğlubiyyətin qeydə alındığı matçın ilk hissəsində meydanda olub 6 qol buraxan qolkiper özünü günahkar saymır: “İlk yarıda qapımıza vurulan toplara gəlincə isə buraxılan qollarda günahım yox idi. Davranışım da bəzi futbolçulara nümunə idi. Klubdan qovulmağım isə mənim üçün gözlənilməz oldu”.

Qeyd edək ki, Doblas bu ilin yanvarında transfer olunmuşdu.