“Qəbələ” ilə oynadı, çiyni çıxdı
26.07.2013 - 12:54
Dünən Avstriyada baş tutmuş “Qəbələ” – “Zalaeqerseq” oyununda Macarıstan klubunun futbolçusu Qabor Şimonfalvi xəstəxanalıq olub. Apasport.az saytının məlumatına görə, 26 yaşlı sağ cinah müdafiəçisi görüşün 14-cü dəqiqəsində ciddi xəsarət alıb.
Onun sağ çiyni çıxıb. Futbolçunu dərhal serbiyalı Boqunoviçlə əvəzləyiblər. Şimonfalvini meydançanın kənarında sağaltmağa çalışsalar da, məlum olub ki, onun durumu xəstəxanalıqdır. Belədə futbolçu dərhal yerli xəstəxanalardan birinə çatdırılıb. Şimonfalvi yalnız bir neçə həftədən sonra komandasına qoşula biləcək.
Qeyd edək ki, “Zalaeqerseq”in baş məşqçisi Şimon Antal da 0:3 hesablı yenilgidə səbəb kimi Şimonfalvinin zədələnməsini göstərib. Onun sözlərinə görə, bu üzdən digər futbolçular da oyuna konsentrasiya ola bilməyib. Çünki bundan 10 dəqiqə sonra “Qəbələ” Tərzin Cahangirovun qolu ilə hesabı açıb.

0
0