“Qəbələ” “Çaykur Rizəspor”la oynamayacaq
26.07.2013 - 13:59
“Qəbələ”nin sabah Avstriyada yoxlama oyunu keçirməli olduğu “Çaykur Rizəspor”la görüş baş tutmayacaq. Apasport.az saytının məlumatına görə, Türkiyə Superliqasının oyun qrafikində dəyişiklik olunub.
Belə ki, bu gün Serbiyanın “Hayduk” klubu ilə qarşılaşacaq Rizə təmsilçisi Avstriyada son yoxlama oyununu iyulun 29-da “Kayserispor”a qarşı keçirəcək. Göründüyü kimi, rəqiblər arasında “Qəbələ”nin adına rast gəlinmir.
Bu informasiyanı “Qəbələ”dən də təsdiqləyiblər. Yuri Syominin yetirmələri sabah Türkiyə yox, Serbiya Superliqa klublarından biri ilə qarşılaşacaq.

0
0