“Bakı” “Qəbələ” ilə oyunun hazırlığına başladı
26.07.2013 - 15:10
Avstriyadakı təlim-məşq toplanışını başa vuraraq vətənə qayıdan “Bakı” bugündən etibarən məşqlərə başlayıb. Apasport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, serbiyalı baş məşqçi Milinko Pantiçin rəhbərliyi altinda keçən məşq prosesi 1,5 saat davam edib.
Fiziki və taktiki təmrinlərdən ibarət olan məşq isinmə hərəkətləri ilə başlanıb. Daha sonra futbolçular qısa məsafələrə ötürmələr üzərində çalışıb. İki qrupa bölünən komanda üzvləri məşq prosesini taktiki gedişlər və qapıya zərbələrlə yekunlaşdırıb.
Qeyd edək ki, “Bakı” Topaz Premyer Liqasının ilk turu çərçivəsində avqustun 2-də “Qəbələ”ni qəbul edəcək.

0
0