“Mahir Şükürovla mübahisəm gərginliyin nəticəsi idi”
26.07.2013 - 15:38
“Çox istəyirdik ki, sevinən tərəf biz olaq. Bunun üçün də əlimizdən gələni etdik. Lakin təəssüf ki, alınmadı”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “Neftçi”nin futbolçusu Mahir Şükürov klubunun rəsmi saytına açıqlamasında deyib. Vitse-kapitan Çempionlar Liqasının II təsnifat mərhələsində Albaniyanın “Skenderbeu” klubuna 0:1 hesabı ilə uduzduqları oyunda braziliyalı komanda yoldaşı Bruno Bertuççu ilə aralarında yaranmış gərginliyə aydınlıq gətirib: “O ki qaldı Bruno ilə aramızda yaranmış gərginliyə, bu, oyunun nəticəsindən irəli gəlirdi. Biz bir ailəyik, aramızda heç bir problem ola bilməz”.
Bruno Bertuççi də Mahirlə mübahisəni gərginliyin nəticəsi sayaraq, artıq aralarında heç bir problemin olmadığını söyləyib: “Mərhələ adlayacağımıza inanırdıq. Amma təəssüf ki, bunu həyata keçirə bilmədik. Sanki bəxt bizdən üz döndərmişdi. Qol vurmaq, nəticə göstərmək istəyi alınmayanda gərginlik artır”.

0
0