“Qarabağ”ın İsveç klubu ilə oyununun vaxtı dəqiqləşdi
26.07.2013 - 16:26
“Qarabağ”ın İsveç klubu ilə oyununun vaxtı dəqiqləşdi
“Qarabağ”ın Avroliqanın III təsnifat mərhələsi çərçivəsində baş tutacaq ilk oyununun vaxtı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, İsveçin “Yefle” klubu ilə Bakıda baş tutacaq oyun saat 21:00-da başlayacaq.

Qeyd edək ki, qarşılaşma avqustun 1-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.