“Qarabağ” isveçlilərlə başqa stadionda qarşılaşacaq - FOTO
26.07.2013 - 17:13
Ölkəmizi Avqoliqada təmsil edəcək “Qarabağ”ın səfər oyununun çıxacağı stadion müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Ağdam klubu “Yefle”nin təmsil etdiyi Yevle şəhərində oynamayacaq.
Buna səbəb 7302 tamaşaçı tutumuna malik olan “Strömvallen” stadionunun UEFA standardlarına cavab verməməsidir. Hazırda İsveç klubu şəhər bələdiyyəsi ilə birlikdə 6500 tutuma malik olan yeni stadion tikdirir. Yeni arena isə gələn il təhvil veriləcək.
Bu müddətdə isə komanda avrokubok oyunlarını yaxınlıqdakı Sundsvall şəhərində keçirməyə məhkumdur. “Qarabağ” da məhz bu üzdən avqustun 8-də cavab qarşılaşmasını “Norrporten Arena”sında keçirəcək.
Qeyd edək ki, “Norrporten Arena”sı ötən il elitadan I dəstəyə düşmüş “Sundsvall” klubuna məxsusdur. Süni örtüyə malik olan stadionun tutumu 8500-dür.

0
0