“... Azərbaycanda oynamaq mümkündü”
26.07.2013 - 17:35
Norveç yığmasının və “Tromsö” klubunun sol cinah müdafiəçisi Ruben Kristiansenin apasport.az saytına müsahibəsi
- Avroliqanın növbəti mərhələsinə vəsiqə qazandınız. “İnter”lə oyun haqqında fikirlərinizi bilmək istərdik.
- Doğrudan da, qarşılaşma bizim üçün çox ağır oldu. Biz matçın tez başa çatmasını gözləyirdik. "İnter" bizdən yaxşı oynadı. Düzdü, ilk görüşün nəticəsinə görə bir az rahat idik. Amma yenə sevinən tərəf biz olduq.
- “İnter”də hansı futbolçuların çıxışını bəyəndiniz?
- Yarımmüdafiəçilər xoşuma gəldi. “İnter”in orta xətti çox yaxşı təsir bağışladı. Onlar çox sürətli idilər və mübarizələr zamanı bizim oyunçuları üstələyirdi.
- Həmin oyunçuların nömrələrini deyə bilərsiniz?
- “11” nömrə (Asif Məmmədov) əla oynayırdı. “5” nömrəli oyunçu (Slavço Georgievski) da çox yaxşı çıxış edirdi. Bu futbolçular “İnter”in əsas “silahlar”ı idi.
- Azərbaycandan oynamaq təklifi alsaydınız, bura gəlmək istərdiniz?
- O baxır təklifə. Yaxşı təklif olsa, Azərbaycanda oynamaq mümkündür. Təklifi qəbul etməzdən öncə bu haqda yaxşıca fikirləşmək lazımdır ki, görək mən yerli şəraitə uyğunlaşa biləcəm, ya yox.
- Bəs növbəti rəqib haqda nə düşünürsünüz? Onu da evdə qələbə, səfərdə müdafiə sayəsində keçmək fikrindəsiniz?
- Növbəti rəqibin yaxşı komanda olduğunu bilirik. Topla yaxşı rəftar edən komandadır. Ancaq “İnter”lə oyunda olduğu kimi, həmin komanda ilə də evdə inamlı çıxış edib, növbəti tura keçmək istəyirik.
- Siz bura rahat şəkildə gəlmişdiniz və demək olar ki, 3-cü mərhələni özünüz üçün təmin etmişdiniz. Cavab oyununa baxmayaraq, növbəti rəqib haqda məlumat toplamışdınız?
- Bəli, bilirdik ki, rəqibimiz Hollandiya və ya Lüksemburq komandaları ola bilər. Bu üzdən Bakıya gəlməzdən öncə hər 2 komanda haqda məlumat toplamışdıq. Açığı, “Utrext”in bizə rəqib olacağını gözləyirəm (müsahibə götürülən zaman “Utrext” – “Differdanj 03” oyunu başa çatmamışdı – S.T.).
Səbuhi TOFİQOĞLU

0
0