İsraildən İsrailə 359 gün
26.07.2013 - 17:24
İsraildən İsrailə 359 gün
Azərbaycan klubu 1 illik fasilədən sonra qitə miqyaslı turnirlərdə böyük hesablı məğlubiyyət aldı. Apasport.az saytının məlumatına görə, “Xəzər Lənkəran”ın Avropa Liqasının II təsnifat mərhələsində öz meydanında Hayfa “Makkabi”sinə 0:8 hesablı məğlubiyyətinə kimi sonuncu darmadağınımız Çempionlar Liqasında olmuşdu.

Bu, lənkəranlıların prinsipial rəqibi olan “Neftçi”nin səfərdə 0:4 hesablı məğlubiyyəti idi. Maraqlıdır ki, onda da II təsnifat mərhələsində İsrail klubuna uduzmuşduq. Bu, avqustun 1-də, yəni 359 gün öncə olmuşdu.

Sadəcə, Kiryat-Şmonanı təmsil edən “Hapoel” öz meydanında keçirdiyi ilk oyunda 2 dəfə az qol vurmuşdu. Bununla da formallığa çevrilən Bakıdakı cavab matçında 2:2 hesablı bərabərlik qeydə alındı.

“Neftçi” bundan sonra Avropa Liqasının qrup mərhələsinə düşərək, “İnter”, “Rubin”, “Partizan”la oynasa da, heç birinə böyük hesabla uduzmadı. Ümumiyyətlə, bütün klublarımızın oyunlarını nəzərə alsaq, böyük hesablı məğlubiyyət 22 matçdan sonra gerçəkləşdi.