İrji Dudek “Qarabağ”ın qələbəsinə şahidlik etdi
26.07.2013 - 18:02
Məşhur polşalı qapıçı İrji Dudek “Qarabağ”ın Avropa Liqasının II təsnifat mərhələsində qələbəsinə şahidlik edib. Apasport.az saytının məlumatına görə, 40 yaşlı veteran futbolçu həmyerlilərinin – “Pyast”ın ağdamlılarla 2:2 hesablı bərabərliyə qaldığı ev oyununu stadiondan izləyib.
Polşa yığmasının, "Liverpul"un sabiq qapıçısının tribunada olmağı eyni zamanda qardaşına dəstək olmağı ilə bağlıdır. Belə ki, İrjinin kiçik qardaşı – 37 yaşlı Dariuş Dudek “Qarabağ”ın rəqibinin məşqçisidir.
Qeyd edək ki, polşalılar 1:2 hesabı ilə Bakıda uduzduğu oyunda məğlubiyyətin əvəzini eyni hesabla çıxa bilsə də, əlavə vaxtda buraxdığı qolla mübarizədən kənar qaldı.

0
0