Braziliyalı müdafiəçi rəsmən “Roma”da!
26.07.2013 - 21:26
“Mançester Siti”nin müdafiəçisi Duqlas Maykon rəsmən “Roma”nın futbolçusu olub. Apasport.az saytının məlumatına görə, bu haqda paytaxt klubunun internet saytı xəbər verib.
Braziliyalı oyunçu “canavarlar”la 2015-ci ilə qədər müqavilə imzalayıb. Düzdür, 32 yaşlı müdafiəçi iyulun 17-də “Roma”da ilk məşqinə çıxmışdı. Bu gün isə Maykon İtaliya təmsilçisi ilə rəsmi müqavilə bağlayıb.
Qeyd edək ki, Maykon “Mançester Siti”yə 2012-ci ildə “İnter”dən keçib. Ötən mövsüm 13 matçda forma geyinən “sambaçı” mövsüm sonuna yaxın “şəhərlilər”lə müqaviləsini qarşılıqlı razılıq əsasında ləğv edib. O, “İnter”in heyətində İtaliya A seriyasının və kubokunun dəfələrlə qalibi, bir dəfə də Çempionlar Liqasını qazanıb.

0
0