“Xəzər Lənkəran” azarkeşləri etiraz aksiyası keçirdi
26.07.2013 - 22:10
Ötən gün Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyun günündə İsrailin “Makkabi” klubuna böyük hesabla məğlub olan “Xəzər Lənkəran” azarkeşləri bu gün saat 20:00-da "Fırtınalar Meydanı"nda komanda rəhbərliyini istefaya çağırmağı planlaşdırırdılar. Apasport.az saytının məlumatına görə, cənubluların fanatları stadionun yaxınlığındakı körpüdə polis zorakılığına məruz qalıblar.
Azarkeşlərin bəzilərinin polis tərəfindən saxlanıldığı bildirilir. Lakin daha sonra saxlanılan şəxslər sərbəst buraxılıb.
Azarkeşlərin bəzilərinin polis tərəfindən saxlanıldığı bildirilir. Lakin daha sonra saxlanılan şəxslər sərbəst buraxılıb.
0
0