Riberi və Noyer Superkubok oyununda meydana çıxmayacaq
26.07.2013 - 23:09
Riberi və Noyer Superkubok oyununda meydana çıxmayacaq
“Bavariya”nın qapıçısı Manuel Noyer və yarımmüdafiəçi Frank Riberi Almaniya Superkubokunda Dortmund “Borussiya”sına qarşı oyunda meydana çıxmayacaq. Apasport.az saytının məlumatına görə, baş məşqçi Xosep Qvardiola hər iki futbolçunun xidmətindən yaralana bilməyəcək.

Buna Noyer və Riberinin “Barselona” ilə (2:0) yoldaşlıq görüşündə zədələnməsi səbəb olub.

Bundan başqa, Superkubok matçında Dortmund klubunun sabiq futbolçusu Mario Qötse də oynaya bilməyəcək. Gənc yarımmüdafiəçi hazırda zədəsini bərpa edir.

Qeyd eək ki, “Borussiya” - “Bavariya” oyunu bu gün Bakı vaxtı ilə saat 23:30-da başlayacaq.