“Real”ın futbolçusu məşqlərə başladı
26.07.2013 - 23:44
“Real”ın futbolçusu məşqlərə başladı
“Real”ın yarımmüdafiəçisi Xabi Alonso komandasının heyətində məşqlərə qoşulub. Apasport.az saytının məlumatına görə, 31 yaşlı futbolçu ilk dəfə qasığındakı zədədən sonra komanda yoldaşları ilə birgə məşq edib.

Lakin İspaniya millisinin üzvü bu gün PSJ ilə yoldaşlıq oyunu üçün İsveçin Geteborq şəhərinə getməyib.

Qeyd edək ki, PSJ – “Real” matçı Bakı vaxtı ilə saat 23:00-da başlacaq.