“Tottenhem” Qaret Beyli satmaq istəmir
27.07.2013 - 00:21
“Tottenhem” uelsli futbolçu Qaret Beyllə danışıqlara başlayıb. Apasport.az saytının məlumatına görə, klubun idarə heyətinin rəhbəri Daniel Levi ilə yarımmüdafiəçi arasında aparılan danışıqlardan sonra birinci Beylin komandada qalacağı haqda nikbin danışıb.
Təcrübəli oyunçunun London təmsilçisində qalması üçün hərəkətə keçən klub rəsmiləri onunla müqavilənin müddətinin uzadılması üçün futbolçunu razı salmağa çalışırlar.
Danışıqlar haqda baş məşqçi Andre Vilyaş Boaş da açıqlama verib: “Beylə söhbətdən müsbət nəticə çıxacağına zəmanət verə bilmərəm. O, klub üçün xüsusi bir oyunçudur. Düşünürəm ki, o bizimlə cari mövsümdə hədəfimizə çatmaq üçün ÇL-də iştirak etmək istəyəcək”.
İngiltərə və İspaniya mətbuatı isə futbolçu ilə bağlı müxtəlif xəbərlər yazıb. Belə ki, “Marca” qəzeti Qaretin “Kral klubu”na keçməsi üçün ingilislərin təzyiq etdiyini bildiriblər. Britaniya KİV-i isə onun başqa bir ölkəyə getməyə müsbət yanaşmadığını və əlverişli şərtlər daxilində klubda qalacağını qeyd edir.
Yazılan məlumatlara görə, Tottenhem rəhbərliyi Qaret Beylin illik əmək haqqını ən azı 9 milyon avroya yüksəldəcək.

0
0