Türkiyənin baş naziri: UEFA-nın qərarları ilə razı deyiləm
27.07.2013 - 01:04
Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğan UEFA-nın "Fənərbaxça" və "Beşiktaş"a verdiyi cəzaya və daha sonra qərarın Beynəlxalq Arbitraj Məhkəməsi (CAS) tərəfindən ləğv edilməsini dəyərləndirib. Apasport.az saytının məlumatına görə, baş nazir cəzaların klublara deyil, şəxslərə verilməli olduğunu deyib.
O bildirib ki, bu səhvləri düzəltmək lazımdır: “Bu sualı məndən deyil, bunu CAS-dan soruşsanız daha yaxşı olar. Mən hazırda baş nazirəm. Türkiyədə mənim üçün klublar bərabərdir, amma “Fənər”ə uşaqlıqdan sevgim var. UEFA-nın Türkiyədəki konfransında hüquqi şəxslər yerinə fərdlərin cəzalandırlıması lazımdır. Onların qərarı ilə isə milyonarla insanı cəzalandırır. Siz gəlin bu səhvləri düzəldin. Uzun illərdir davam edən bu səhv klublara ziyan vurur. Bu məsələni qaldırmaq gərəkdir”.

0
0