“İquain bizim əsas oyunçularımızdan biri olacaq”
27.07.2013 - 01:32
“İquain bizim əsas oyunçularımızdan biri olacaq”
“Çox keyfiyyətli bir futbolçunu transfer etdik. İquain sistemimizə uyğunlaşmaqda çətinlik çəkəcəyini düşünmürəm”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “Napoli”nin baş məşqçisi Rafael Benites deyib.

İspaniyalı mütəxəssis Qonsalo İquainın Neapol təmsilçisinə transfer olunmasını dəyərləndirib: “Davamlı hücumu düşünən bir komanda olaraq bu cür oyunçuya ehtiyacımız var. O, bizim yuxarılara yüksəlməyimizdə əsas oyunçulardan biri olacaq”.